Kriminal

Bakıda tutulan qardaşlardan biri 17 il azadlıqdan məhrum edilib, digər ikisi isə azadlığa buraxılıb – FOTO

Sharing is caring!


Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən Rahib Lətifov, xuliqanlıqda ittiham olunan qardaşları – Qorxmaz Lətifov və Ramil Lətifova hökm oxunub.

“Report” xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, Rahib Lətifov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qorxmaz Lətifov və Ramil Lətifova isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və hər biri 2 il sınaq müddəti ilə şərti azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il noyabrın 27-də, saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisində 1996-cı il təvəllüdlü İrşad Əliyevə və dostu 2000-ci il təvəllüdlü Fərid Əliyevə bıçaqla xəsarətlər yetirilməsi, yetirilmiş xəsarətlər nəticəsində Fərid Əliyevin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, İrşad Əliyev və Fərid Əliyev tanışları Sabunçu qəsəbə sakinləri – Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları ilə Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi, 41 ünvanında yerləşən kafenin qarşısında şəxsi münasibətlər zəminində mübahisə ediblər.

Mübahisə zamanı Rahib Lətifov bıçaqla Fərid Əliyevə və İrşad Əliyevə xəsarətlər yetirib, Ramil Lətifov və Qorxmaz Lətifov isə silah qismində istifadə etdikləri vasitələrlə İrşad Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

İstintaq orqanı tərəfindən Rahib Lətifovun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə, Ramil və Qorxmaz Lətifovların barəsində isə Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə ittiham elan edilib. Rahib Lətifov barəsində həbs qəti imkan tədbiri seçilsə də, Ramil və Qorxmaz barəsində başqa yerə getməmək qətimkan tədbiri müəyyən edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir