Kriminal

Binəqədidə bir ayda narkotik satışı ilə məşğul olan 80 nəfər tutulub – VİDEO

Sharing is caring!


Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son bir ay ərzində polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 80 nəfər saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə Binəqədi qəsəbəsində narkotiklərin satışını təşkil edən, əvvəllər məhkum olunmuş Azər Nurullayev də saxlanılıb. Bu şəxsin üzərindən isə satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq heroin aşkar olunub. Saxlanılanların bəziləri, eləcə də Azər Nurullayev narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində araşdırma başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir