Kriminal

Pul mənimsəyən sabiq vəzifəli şəxslərin yenidən məhkəməsi başladı

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Ceyhun Şirinov, Müslüm Fəziyev və onun qızı Tülpanə Müslümzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 10-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Fəziyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, T.Müslümzadə hazırda hamilədir. Məhkəmə onun barəsində azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmünü çıxarıb. C.Şirinova isə şərti cəza verilib.

İttihama görə, hər iki şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham edilib. Onlar Bank Olmayan Kredit Təşkilatı (BOKT) “FinEx Kredit”in pulunu mənimsəyiblər.

Xatırladaq ki, M.Fəziyev daha əvvəl BOKT-nin İdarə Heyətinin üzvü olub. O, 2021-ci ildə həmin vəzifədən azad edilib. Digər şəxslər də həmin təşkilatın əməkdaşları olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir