Kriminal

Zaqatalada maşın ağaca çırpılıb, xəsarət alanlar var

Sharing is caring!


Zaqatalada minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Lahıc kənd inzibati ərazisində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir