Kriminal

Keçmiş məhkum “Kalaşnikov” və narkotiklə yaxalandı – FOTO

Sharing is caring!


Masallı sakinindən “Kalaşnikov” avtomatı və narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Emin Nuriyev saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində E.Nuriyevin Masallı şəhəri ərazisində yerləşən istifadəsiz yarımtikilidə gizlətdiyi 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd daraq və 4 ədəd patron aşkarlanıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir