Kriminal

Nişanlısına sataşanı bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

Sharing is caring!


Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qismət Nəsirovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qismət Nəsirova şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib. Qərara əsasən, 2 il 9 ay 2 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub, onun barəsində həbs qismində qətimkan tədbiri seçilib. Qismət məhkəmə iclas zalından dərhal həbs edilib.

İttihama görə, 1993-cü il təvəllüdlü Qismət Nəsirov nişanlısı Günaya (şərti) söz ataraq sataşdığı üçün 25 mart 2021-ci il tarixdə, saat 23:30-da zərərçəkmiş Sakit İskəndərovun (şərti) yaşadığı Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərazisində yerləşən nömrəsiz fərdi evin qarşısına gedib. O, həmin ərazidə Sakitlə mübahisə edərək dalaşıb. Daha sonra Qismət idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilin qabaq qapısının cib hissəsində olan cərrah bıçağını götürərək zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə vurub. Nəticədə o, Sakit İskəndərovun sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir