Kriminal

Bakıda mağazadan oğurluğa cəhd edən üç nəfər tutulub

Sharing is caring!


Aprelin 2-nə keçən gecə Nizami rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

DİN-dən verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb, həmin mağazadan spirtli içkilər və tütün məmulatlarının oğurlanması, həmçinin orada quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərilməsi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə bu əməli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Vüsal Hüseynli, Əmirxan Abdiyev və Abdulla Ələsgərli müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir