Kriminal

Göyçayda 64 yaşlı kişi 21 yaşlı qızı bıçaqlayıb

Sharing is caring!


Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.

Oxu.Az-ın məlumatına görə, 1959-cu il təvəllüdlü Elbrus Əliyev 21 yaşlı Cəlalə İsmayılovanın üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Hadisənin şəhər ərazisindəki parkların birində mübahisə zəminində baş verdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dünən Göyçay şəhər sakini Cəlalə İsmayılovanın bıçaq xəsarətləri alması barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat daxil olub. Keçirilən tədbir zamanı ona rayon sakini Elbrus Əliyev tərəfindən bıçaqla xəsarət yetirildiyi müəyyən edilib. Hər iki şəxsin izahatları alınıb və müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir