Kriminal

Toydan çıxıb ondan 1 manat pul istəyən şəxsi döydü – MƏHKƏMƏ

Sharing is caring!


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Orxan Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, sərxoş vəziyyətdə yolun hərəkət hissəsinin kənarında sərxoş vəziyyətdə olan zərərçəkmiş Ruslan Əliyev (soyadı şərti) ondan 1 manat məbləğində pul istəyib. O, həmin şəxsə pul verməyib. Bu zaman Ruslan təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadə işlədib. Tərəflərin arasında mübahisə düşüb.

Daha sonra Orxan əlləri ilə zərərçəkmiş şəxs bel nahiyəsindən tutaraq badalaq atmaqla yıxıb, yerdə yıxılmış vəziyyətdə olarkən qəsdən baş və sifət nahiyələrindən bir neçə dəfə ardıcıl yumruq və təpik zərbələri endirib. Nəticədə o, Ruslana sağ almacıq qövsünün, sol əng sümüyünün və burun sümüyünün sınıqları kimi bədən xəsarətləri yetirib.

Məhkəmə iclasında dindirilmiş Orxan Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xətai rayonu ərazisində yerləşən şadlıq sarayında toy məclisində iştirak edib, bir qədər spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətə düşüb. Saat 23:30 radələrində toydan çıxaraq yaşadığı evə getmək üçün Xətai rayonu, S.Ə.Şirvani küçəsində yolun hərəkət hissəsinin kənarı ilə piyada hərəkət edib. Bu zaman sonradan adını bildiyi Ruslan adlı şəxsin üzbəüz istiqamətdə gəlməsini görüb. Ruslan ona yaxınlaşıb 1 manat pul istəyib. O, Ruslanın danışığından və hərəkətlərindən sərxoş olduğunu görüb, ona baş qoşmamaq üçün yanından ötüb keçmək istəyib. Lakin Ruslan ona pul vermədiyinə görə əsaslı səbəb olmadan ünvanına nalayiq ifadə işlədib. Orxan Ruslandan bunun səbəbini soruşsa da, zərərçəkmiş yenidən onu söyüb. Ruslanın nalayiq ifadə və söyüşlərindən əsəbiləşib, ona yaxınlaşaraq belindən tutub. Daha sonra zərərçəkmişi yerə yıxıb, onu yerdə yıxılmış vəziyyətdə baş və sifət nahiyələrindən bir neçə dəfə yumruq və təpiklə vurub.

Təxminən 4-5 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşıb onu Ruslandan ayırıb. Sonra Orxanı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə aparıblar. Orada baş verən hadisəni olduğu kimi danışıb və polis əməkdaşı onu şübhəli şəxs kimi tutub. Orxan 2 gün həbsdə qaldıqdan sonra buraxılıb və hazırda polis nəzarətindədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir