Kriminal

Azərbaycan millisinin iki futzalçısı qaçaqmalçılıqda ittiham olunur

Sharing is caring!


Azərbaycan millisinin iki futzalçısı qaçaqmalçılıqda ittiham olunur.

APA xəbər verir ki, yığma üzvlərindən Xətai Bağırov və Xəzər Ağalızadə ölkəyə gömrük sərhədində bəyan edilməmiş mallar keçirmək istəyiblər.

İttihama görə, onlar “iPhone” markalı mobil telefon və qiymətli qol saatlarını Azərbaycana keçirmək istəyiblər.

Futzalçılar malları Türkiyədə əldə ediblər, qaçaqmalçılıqla İstanbuldan Azərbaycana gətirən zaman gömrükçülər tərəfindən saxlanılıblar.

Xətai Bağırov və Xəzər Ağalızadəyə qarşı Cinayət Məcəlləsinin 206 (qaçaqmaçılıq) maddəsi ilə ittiham verilib, barələrində ibtidai və məhkəmə istintaqı dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir