Kriminal

Nazirliyin keçmiş əməkdaşı həbsdə intihara cəhd etdi

Sharing is caring!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həbsdə olan sabiq əməkdaşı intihara cəhd edib. 

“Qafqazinfo” xəbər verir ki, xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək tutulan Tural Alışanlı həbsinə etiraz olaraq boğazını kəsib.

Belə ki, o, bu gün bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesə gətirilərkən boğazı sarğılı olub. O bildirib ki, təcridxanada boğazını kəsərək intihara cəhd edib. Təcridxana nəzarətçilərinin səyi nəticəsində intiharın qarşısı alınıb.

Xatırladaq ki, T.Alışanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşıdır. O Qarabağ müharibəsində yaralananlar və həlak olanların ailələri üçün ev tikintisinə ayrılan vəsaitin 515 min manatını mənimsəməkdə təqsirləndirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir