Kriminal

Naxçıvanda içkili vəziyyətdə avtomobil idarə edən və polisə müqavimət göstərən sürücü həbs olunub

Sharing is caring!

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda içkili vəziyyətdə avtomobil idarə edən şəxs saxlanılıb.

“Report” xəbər verir ki, Culfa RPŞ-nin DYP qrupunun əməkdaşları Culfa şəhər Heydər Əliyev prospektində 72-BR-842 dövlət nömrə nişanlı avtomobili ciddi qayda pozuntusu törətdiyinə görə saxlayıblar.

Saxlanıldıqdan sonra nəqliyyat vasitəsinin sürücüsü Ceyhun Əliyevin içkili olduğu üzə çıxıb.

Polisin qanuni tələbinə tabe olmaq istəməyən sürücü hərəkətə davam etmək istəyərkən saxlanılaraq Culfa Rayon Polis Şöbəsinə aparılıb və onun barəsində toplanmış materiallar Culfa Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə C.Əliyev 12 gün müddətinə inzibati qaydada həbs edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir