Kriminal

Arvadını yuxudan oyadıb, uşaqlarının gözü qarşısında cinayət törətdi – VİDEO

Sharing is caring!

2021-ci il sentyabrın 6-da Günay Yusubovanın bıçaq yaraları alması barədə polis bölməsinə məlumat daxil olub. Hadisənin Pirşağı qəsəbəsi, Bağlar massivində baş verdiyi ortaya çıxıb.  

İstintaqla müəyyən edilib ki, Ağa Yusubov rəsmi nikahda olduğu arvadı Günay Yusubovanın xəyanət etməsini bəhanə gətirməklə, heç bir əsaslı səbəb ortaya qoymadan qəsdən onu öldürmək qərarına gəlib. Qadının ona xəyanət etməsindən şübhələnsə də, bununla bağlı heç bir sübutu olmayıb. 2021-ci il sentyabrın 5-də evdə söhbət edərkən Günay növbəti gün qayınanasının ad günü olmasını və uşaqları ilə birlikdə ona sürpriz edəcəklərini deyib. Arvadının xəyanət etməsindən şübhələndiyi üçün “sürpiz” sözünü bu tərzdə deməyi onu narahat edib. Həmin sözdən belə nəticəyə gəlib ki, övladlarının atası o yox, başqa şəxsdir. 

Sentyabrın 6-da səhər saat 6 radələrində evin qonaq otağında, divanda övladları ilə birlikdə yatan yoldaşını yuxudan oyadaraq, sinəsinə bıçaqla ilk zərbəni endirib. Qadının qışqırıq səsinə yanında yatan azyaşlı oğlu və qızı oyanaraq, ağlamağa başlayıblar. Onların gözləri önündə, müstəsna dərəcədə rəhmsizliklə arvadının bədəninin müxtəlif nahiyələrinə daha 5 zərbə endirib. Zərbələrin təsirindən bıçağın tiyəsi əyildiyi, habelə anası gəlib, ona mane olduğu üçün yoldaşı otaqdan qaçıb. Günay Yusubova anası və hadisə yerinə gəlmiş digər şəxslərin köməkliyi ilə xəstəxanaya çatdırıldığından, iradəsindən asılı olmayan səbəbə görə Ağa Yusubov cinayət əməlini başa çatdıra bilməyib. 

Günay Yusubova bildirib ki, narkotik vasitələrdən istifadə edən ərinin psixologiyası pozulub, aqressiv olub, əsassız olaraq onu qısqanıb. Yoldaşı çox güman ki, narkotik vasitənin təsiri altında olduğu üçün onu qətlə yetirmək istəyib. Əgər Ağanın əlindəki bıçaq əyilməsə idi və qayınanası ilə qonşuları köməklik göstərməsə idilər, ərinin məqsədi onu öldürmək olub.

Ağa Yusubov əvvəllər FHN-də xilasedici işləyib. 2002-ci ildən narkotik vasitə – marixuanadan istifadə edib. Bununla əlaqədar bir neçə dəfə müalicə olunub. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağa Yusubov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir