Kriminal

Quldurluq və hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən üç nəfər saxlanılıb

Sharing is caring!

Fevralın 10-da Xırdalan şəhərində 3 nəfər Bakı şəhər sakini olan bir kişinin videogörüntülərini sosial şəbəkədə yaymaqla hədələyib 1350 manatını alıblar.

Bu barədə Daxil İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Xankərəm Umudov və Kənan Nağıyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların fevralın 7-də yaşadıqları evdə bir nəfəri bıçaqla hədələyib mobil telefonunu, 850 manatını, “Instagram” sosial şəbəkəsindəki səhifəsini ələ keçirmələri, cari il yanvarın 15-də isə digər bir şəxsi döyərək 500 manatını və qızıl boyunbağını quldurluq və hədə-qorxu ilə talamaları müəyyən olunub. 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb. Araşdırma aparılır. 

Qeyd edək ki, hər üç şəxs cinsi azlıq nümayəndəsidir (transgender). 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir