Kriminal

Sabunçuda maskalı şəxs quldurluq etdi

Sharing is caring!

Sabunçuda quldurluq olub, maskalı şəxs içərisində pul olan torbanı aparıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində maskalı şəxsin qəsəbə sakini olan bir nəfərin əlindən içərisində 1280 manat, 7900 ABŞ dolları və bank kartları olan sellofan torbanı quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Vüqar Bağırov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir