Kriminal

Bərdə sakinindən 2 kiloqramdan çox narkotik götürülüb – FOTO

Sharing is caring!

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Seyfəddin Abbasov müəyyən edilərək şöbəyə gətirilib. Onun üzərində və daha sonra evində aparılan baxış zamanı çəkisi 2 kiloqram 400 qrama yaxın güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir