Kriminal

Gəncədə iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sharing is caring!

İki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakinləri 1967-ci il təvəllüdlü Rəsmiyyə Bəndəliyevanın sol qolun diz nahiyəsinin kəsilmiş yarası və 1962-ci il təvəllüdlü Məhəmməd Musayevin sol çiyin nahiyəsindən kəsilmiş yara alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R.Bəndəliyevanın keçmiş həyat yoldaşı, 1966-cı il təvəllüdlü German Qocayev saxlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, G.Qocayev şəxsi münasibətlər zəminində R. Bəndəliyeva ilə mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirmiş, daha sonra onları aralamaq istəyən M. Musayevi yaralayıb. Şübhəli şəxs saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir