Kriminal

Bakıda dava qanla bitdi: 26 yaşlı gənc bıçaqlandı

Sharing is caring!

Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1996-ci il təvəllüdlü Buqumov Teyyub Nizami oğlu tanımadığı şəxslə dava zamanı kürək nahiyyəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.

DİN-in mətbuat xidmətindən bildirilib ki, əməliyyat qrupu tərəfindən araşdırma aparılır, əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir