Kriminal

Bakıda dava qanla bitdi: 42 yaşlı kişi çoxsaylı bıçaq xəsarətləri aldı

Sharing is caring!

Bakının Nizami rayonunda 42 yaşlı kişi dava zamanı bıçaqlanıb.

“Report”un məlumatına görə, 1980-ci il təvəllüdlü Bayramov Cavid Mansur oğlu tanıdığı şəxs tərəfindən dava zamanı bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona hər iki qolun çoxsaylı kəsilmiş bıçaq yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir