Kriminal

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslə bağlı QƏRAR VERİLDİ

Sharing is caring!

Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimova hökm oxunub və o, 17 il müddətinə azadlıqda məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, S.Səlimov ötən ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir