Kriminal manset

Azərbaycanda dəhşətli qətl – Ev tikmək istəyən qonşusunu güllələyib öldürdü

Sharing is caring!

Oktyabrın 11-də Gəncə şəhərində törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

XəbərAl.az  xəbər verir ki, Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Hüseynov Akif İsrəfil oğlunun həmyerlisi, 1990-cı il təvəllüdlü Kərimov Zeynalabdı Bəndər oğlunutüfənglə atəş açaraq öldürməsi faktı ilə bağlı Gəncə şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Məlumata görə, Z.Kərimov Gəncənin Depo adlanan ərzisində yeni torpaq sahəsi alıbmış və burada tikinti işləri apararkən qonşuluqda yaşayan A.Hüseynovla müahisə baş verib. Torpaq sahəsinin ölçüsü ilə bağlı yaranmış mübahisə münaqişəyə çevrilib və onlar dalaşıblar. Gənc oğlanın onu vurmasına dözməyən 67 yaşlı kişi evə gedərək tüfəng götürüb və geri qayıdaraq Zeynalabdını güllələyib. 29 yaşlı Z.Kərimov hadisə yerində vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir