Kriminal

Bakıda qardaşları bıçaqlayan şəxslər saxlandılar

Sharing is caring!

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə oktyabrın 18-də saat 23 radələrində Bakı şəhər sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə məlumat daxil olub.  

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakinləri – Enur İsmayılov, Kənan Əliyev, Şaiq Musayev, Anar Gərayev saxlanılıblar, daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir