Kriminal

Bakıda sürət qatarı kişini vuraraq öldürüb

Sharing is caring!

Bakıda sürət qatarı adamı vuraraq öldürüb.

Oxu.Az xəbər verir ki, hadisə ötən gün axşam saat 18:45 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində qeydə alınıb.

Maşinist Mahir Ağayev və maşinist köməkçisi Pirverdi Həbibovun idarə etdiyi, Sərnişin Daşımaları Departamentinə məxsus “Stadler-EŞ- 019” saylı Biləcəri-Keşlə-Bakı istiqamətində hərəkət edən sürətli elektrik sərnişin qatarı dəmiryolunu keçən A.Məmmədovu vurub.

A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir