Kriminal

Hərbi prokuror: “Sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslər layiqli cəzalarını alacaqlar”

Sharing is caring!

Bu gün Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbirdə çıxış edən hərbi prokuror Xanlar Vəliyev müxtəlif vaxtlarda xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə, terrorçuluq cinayətlərinə və digər cinayətlərə diqqət yönəldib. O, Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq törətdikləri cinayətlərdən, o cümlədən hərbçilərimizə və dinc əhalimizə qarşı həyata keçirdikləri misli görünməmiş qəddarlıqlardan danışaraq, bütün bunların Hərbi Prokurorluğunda istintaq olunan cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirib.

O qeyd edib ki, 30 ilə yaxın işğal müddəti ərzində Ermənistan qəsdən şəhər və kəndlərimizi dağıdıb, talayıb, bütün mədəni və dini abidələri viran qoyub:

“Azərbaycanın bir neçə şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. 67 məsciddən 65-i yerlə bir edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir olunub. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində ekosid-ətraf mühitə qarşı genosid törədib, o cümlədən meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, çaylarımız çirkləndirilib və zəhərləndirilib, torpaqlarımız isə yararsız hala salınıb”.

V.Vəliyev sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər cinayətlər törətmiş şəxslərin layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir