İqtisadiyyat

Beynəlxalq Bankın rəhbərliyinə yeni təyinatlar oldu

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.

XəbərAl.az xəbər verir ki, Bankdan  daxil olan məlumata görə, yığıncaqda Bankın İdarə Heyəti sədrinin təyinatı məsələsinə baxılıb.

2018-ci ilin martından bu vəzifəni  müvəqqəti icra edən Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Səhmdarların Ümumi Yığıncağında bankın törəmə müəssisələrinə dair bir sıra məsələlərə də baxılıb və müvafiq qərarlar verilib. Bundan başqa, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin fəaliyyət göstəricilərinə, o cümlədən 2018-ci ilin 11 ayı üzrə maliyyə nəticələrinə dair hesabata münasibət bildirilib.

Eyni zamanda, bu gün bankın Müşahidə Şurasının iclası da olub.  İclasda Bankın Baş direktoru Vasif Əhmədov İdarə Heyətinə üzv seçilərək İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Müşahidə Şurası Bankın cari il üzrə maliyyə göstəricilərinə baxıb, 2019-cu il üzrə büdcə layihəsini müzakirə edib və Şuranın səlahiyyətlərinə aid olan bir sıra kredit müraciətlərinə dair qərarlar verib.