İqtisadiyyat

Sumqayıtda daha iki istehsal müəssisəsi yaradılıb

Sharing is caring!

Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” və “Glassica” müəssisələrinin inşası başa çatdırılıb və bu müəssisələr açılışa tam hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, hazırda bir neçə xarici investorla işlər aparılır.

“Eyni ərazidə yerləşən, Çin investoruna məxsus “Azərbaycan Vanhong Ceramics Co.” zavodunda 400 iş yerinin yaradılması nəzərdə tutulur. İldə 18,5 mln. kvadratmetr keramik plitə istehsal edəcək müəssisə təməlqoyma üçün tam hazır vəziyyətdədir.

Daşkəsən dağ-filiz mədən klasterinin yaradılması üzrə işlər tapşırığınıza əsasən, uğurla və qrafikə uyğun olaraq həyata keçirilir. Bu gün Azərbaycan Sənaye Korporasiyası ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında alüminium məhsullarının istehsalı üzrə birgə müəssisənin təsis və dəyərləndirilməsinə dair müqavilə imzalanıb. Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 mln. ABŞ dolları həcmində sərmayənin qoyulması nəzərdə tutulur”,- deyə Mikayıl Cabbarov qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir