İqtisadiyyat

​​​​​​​“Yenidən qapanmalar iqtisadiyyata ciddi zərər vuracaq” – Ekspertdən HƏYƏCAN TƏBİLİ

Sharing is caring!

“Yenidən qapanmaların olması ciddi iqtisadi zərərlə müşahidə ediləcək. Ən çox zərər görənlər isə günəmuzd işləyənlər və sahibkarlar (mikro və kiçik) olacaq”.

Bizim.Media məlumatına görə, bu fikirlər iqtisadçı-ekspert Eldəniz Əmirova məxsusdur.  

Ekspertin sözlərinə görə, bu vəziyyəti fürsətə çevirib qazananlar da olacaq:  

“Amma bu iqtisadi aktiv əhalinin heç mində biri qədər deyil. Qapanma qərarının Avropada verilməsinə baxmayaraq, dünyada neft-qaz qiymətlərinə də təsir edir. Nəticədə ölkəyə valyuta daxilolmaları kəskin azalacaq. 

Əhalinin qapanmadan təsirlənən hissəsinə, o cümlədən dəstəyə ehtiyac duyan sahibkarlara maddi dəstəyin göstərilməsi üçün isə maliyyə vəsaiti lazım olacaq.

Başqa vaxt olsaydı, “qapanmalar tələbi aşağı salacaq, nəticədə inflyasiyanın sürəti azalacaq” deyərdim. Amma qapanma səbəbindən istehsal-logistika zəncirində qırılmaların olması təklifi də kəskin azaldacaq.

Buna görə də təklif tələbdən daha çox azalacaq. Demək ki, qapanmaların inflyasiyaya da təsiri çox pis olacaq.  

Bu il iqtisadiyyatın “gül-çiçək açdığı” 2019-cu il deyil. İndi dünyanın ərzaq qıtlığı və digər ciddi iqtisadi şoklar yaşadığı 2022-ci ildir. Odur ki, “qapanma” qərarından birmənalı şəkildə uzaq durmaq lazımdır. Hətta “qapanma”nın anonsunu verib, iqtisadi aktivliyə təhdidlər yaratmaq belə yanlış addımdır”.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir