İqtisadiyyat

“Buta” elektrik avtomobili Türkiyədə nümayiş etdiriləcək

Sharing is caring!

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi Türkiyədə keçiriləcək “Texnofest (Teknofest)” aviasiya, kosmos və texnologiya festivalının final mərhələsinə vəsiqə qazanıb.

Belə ki, Peşə Təhsil Mərkəzi “Effieciency challenge elektrik avtomobili” yarışmasında iştirak etmək üçün müraciət etmiş, 28 fevral 2022-ci il tarixində I seçim mərhələsini (“gelişim raporu” qəbulu) və 25 iyun 2022-ci il tarixində isə II seçim mərhələsini (“texniki dizayn raporu” qəbulu) uğurla keçərək yarışmanın final mərhələsində iştirak etmək hüququ əldə edib.

Yarışda Mərkəzi təhsil müəssisəsinin 6 tələbə və 2 istehsalat təlimi ustasından ibarət “ZƏFƏR” komandası təmsil edəcək. Komanda üzvləri tərəfindən hazırlanmış “Buta” elektrik avtomobili festival iştirakçılarına nümayiş etdiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir