İqtisadiyyat

AZPROMO-da İƏT-in ticarətin inkişafı qurumunun nümayəndələri ilə görüş olub – FOTO

Sharing is caring!

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarətin İnkişafı üzrə İslam Mərkəzinin (Islamic Centre for Development of Trade – ICDT) nümayəndələri ilə görüş keçirilib.

Bu barədə Oxu.Az-a AZPROMO-dan bildirilib.

Görüşdə 2024-cü ildə Azərbaycanda İƏT ölkələrinin məhsullarının sərgisinin təşkil olunması, ICDT ilə əlaqələrin genişləndirilməsi, eləcə də inkişaf etməkdə olan Afrika ölkələrinin investisiyaların təşviqi üzrə agentliklərinin AZPROMO-nun təcrübəsini öyrənməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir