İqtisadiyyat

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb? – RƏSMİ

Sharing is caring!

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% artaraq 3 milyard 512,1 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bunun 2 milyard 606,6 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub.

Beş ay ərzində hər bir ölkə sakini orta hesabla 349,6 manatlıq və yaxud 1 il əvvələ nisbətən 54,9 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir