İqtisadiyyat

Yaponiya Rusiyaya yük maşınlarının və buldozerlərin ixracına qadağa qoyub

Sharing is caring!

Yaponiya yeni sanksiyalar paketinin bir hissəsi olaraq, iyunun 17-dən Rusiyaya yük maşınları, özüboşaldan maşınlar, buldozerlər və digər texnikanın ixracını qadağan edəcək.

Bu barədə ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Koiti Haqiuda bəyan edib.

Bildirilib ki, Rusiyaya ixracı qadağan edilən məhsulların siyahısına bəzi ağac növləri, o cümlədən dekorativ şpon, dəzgahlar üçün komponentlər və ehtiyat hissələri, polad rezervuarlar, buxar generatorları, qaz generatorları da daxildir. Bundan əlavə, siyahıya nasoslar, turbinlər, çoxfunksiyalı printerlər, dəzgahlar, çap avadanlıqları, ölçü və sınaq alətləri, sənaye robotları və s. daxil edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir