İqtisadiyyat

Azərbaycanda ÜDM ötən illə müqayisədə necə faiz artıb? – Nazirdən AÇIQLAMA + FOTO

Sharing is caring!

“Azərbaycan iqtisadiyyatında pandemiyadan sonra qeydə alınan sürətli bərpa prosesinin davamı olaraq bu ilin yanvar-aprel aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2% artaraq 39 milyard 554,8 milyon manat, qeyri neft-qaz sektoru üzrə isə 11,4% artaraq 19 milyard 469,1 milyon manat olub”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.

“2021-ci ilin ilk dörd ayı ərzində ÜDM əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 0,2% az idi. Qeyri neft-qaz sektoru üzrə ÜDM isə ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-aprel aylarına nisbətən cəmi 4,1% artmışdı”, – deyə nazir qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir