İqtisadiyyat

Mikayıl Cabbarov Avropa İnvestisiya Bankının nümayəndəsi ilə görüşüb – FOTO

Sharing is caring!

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İnvestisiya Bankının (EIB) Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə nazir özünün sosial media hesabında paylaşım edib:

“Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Maciej Czura ilə Azərbaycanda həyata keçirilən və icrası nəzərdə tutulan layihələr, ölkəmizin iqtisadiinkişafı, investisiya imkanları və bankla əməkdaşlığın perspektivləri barədə müzakirə apardıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir