İqtisadiyyat

“Maersk” şirkətinin yeni marşrutu Azərbaycandan keçəcək

Sharing is caring!

Danimarkanın “Maersk” logistika şirkəti Asiyanı Mərkəzi Asiya vasitəsilə Avropaya birləşdirən və Azərbaycandan keçən yeni dəmiryol-dəniz marşrutu hazırlayıb.

Trend bu barədə şirkətin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, “Maersk” bu marşrutun hazırlıqlarına mart ayında başlayıb və ilk reys aprel ayında Çindən yola düşüb.

Konteynerlər Çinlə Qazaxıstan sərhədindəki Horqos yaşayış məntəqəsini keçdikdən sonra dəmir yolu ilə Aktau stansiyasına, daha sonra dəniz yolu ilə Azərbaycana çatdırılır. Buradan konteynerlər Gürcüstanın Poti limanına və fider gəmisi ilə Konstansaya (Rumıniya) yola salınır. Rumıniyadan yük dəmir yolu ilə Avropa ölkələrindən keçməklə müxtəlif məntəqələrə çatdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir