Cəmiyyət İqtisadiyyat

Pambıq yığımlarında May-455 sortunun üstünlükləri aşkarlandı – Video

Sharing is caring!

Saatlı rayonunun Dədə Qorqud kəndi ərazisində pambıq yığımı aparılmışdır. “P-Agro”MMC şirkəti, 2021 -ci ilin aprel-may aylarında 10 hektar əkin sahəsində Türkiyənin məşhur “May tohum” şirkətinin May-455 toxum sortunu əkmişdir.

Məhsul yığımında P-Agro MMC, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC, bu məqsəd ilə Azərbaycana gələn “May Tohum” şirkətinin nümayəndələri, həmçinin May-455 pambıq sortunun məhsuldarlığı ilə maraqlanan yerli fermerlər iştirak etdilər.

Pambıq Azərbaycanın “ağ qızılı” olmaqla yanaşı, ulu öndərimiz Heydər Əliyev və cənab Prezident İlham Əliyevin xüsusi diqqət göstərdiyi aqrar sektorun strateji məhsuludur.

2016-cı ildə cənab Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib. Cənab Prezident qeyd edib ki, 2016-cı ildən sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq.

Hazırda kənd təsərrüfatı sektorunda aqrar tələbatların alışı üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən ayrılan subsidiyalar sayəsində fermerlər əkin sahələrini inkişaf etdirmək və daha çox gəlir əldə etmək fürsətini əldə ediblər.

Tədbirdə May Tohum şirkətinin nümayəndələri Ömər İgid, Səlçuq Suluc və Ersin Gözen bəy iştirak edirdi. Şirkətin nümayəndəsi Ersin bəy qeyd edib ki: Bu il məhsuldarlığın nəticələrinə əsaslanaraq, qeyd etmək olar ki, bu növ toxumlarda məhsuldarlıq, iqlim şəraitinə davamlılıq, xəstəliklərə və həşaratlara qarşı müqaviməti çox yüksəkdir. May-455 pambığ toxumları digər pambığ sortlarından yetişmə və suvarma müddəti ilə də fərqlənir. Belə ki, May-455 toxumları 6-8 gün daha tez yetişdiyi üçün 1 dəfə az suvarma edilir. Yarpaq sayı ən yaxın rəqibi ilə müqayisədə daha azdır, bu səbəbdən pestisid çilənməsindən daha yaxşı nəticə əldə edilə bilir və daha az pestisid sərf edilir

P-Agro  şirkətinin sahə aqronomu Sahil Ağayev, May-455 toxum sortunun əkin iqlim zonasına mükəmməl uyğun olduğunu və məhsuldarlığın gözləntiləri aşdığı üçün torpağa qoyulan investisiyaların özünü doğrultduğunu qeyd etdi. Bununla yanaşı, Sahil Ağayev qeyd edib ki, şirkət gələn il pambıq əkin sahəsini 10 hektardan 150 hektara genişlətmək planlaşdırır.

Qeyd edək ki, “Aqrar İnnovasiya və Təchizat Şirkətinin” gubre.az brendi May-455 toxumlarını Azərbaycana idxal edir və fermerlərin təchizatını daha rahat və sürətli təmin etmək məqsədi ilə reqional satış nöqtələrin sayını artırır və  vaxtaşırı səyyar satışları təşkil edir.https://ok.ru/videoembed/2862041991786

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir