İqtisadiyyat

Rusiya Azərbaycanla bağlı qadağanı götürdü

Sharing is caring!

“Rosselxoznadzor” yanvarın 25-dən Azərbaycanın 6 alma istehsal müəssisəsinə və 7 pomidor istehsal edən şirkətinə Rusiyaya mallarını ixrac etməyə icazə verib.

 “Rosselxoznadzor” verdiyi məlumata görə, qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində aparılan fitosanitar monitorinqinin nəticələri, habelə birgə video-yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri barədə daxil olmuş məlumatların təhlili əsasında qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir