İqtisadiyyat

Yenilənmiş əsginaslar dövriyyəyə nə vaxt buraxılacaq? – RƏSMİ AÇIQLAMA

Sharing is caring!

Yanvar ayı ərzində Azərbaycanda 1, 5 və 50 manatlıq yeni əsginasların dövriyyəyə buraxılması nəzərdə tutulur.

XəbərAl.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Qeyd olunub ki, yenilənmiş əsginasların dizayn və müdafiə sistemlərində mövcud konsepsiya çərçivəsində yeni texnologiyalar və innovasiyalar tətbiq edilib.

Mərkəzi Bankdan bildiriblər ki, yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar hazırda mövcud olan eyni dəyərli əsginaslarla paralel olaraq dövriyyədə olacaq.

Yenilənmiş əsginaslarda müdafiə elementləri qismində 3D effeti ilə hərəkət edən və rəngini dəyişən “RollingStar Lead”holoqramı, dinamik işıq effekti və rəng təsvirləri olan “Spark Live” elementi, Azərbaycanın dövlət gerbi və nominal dəyərin təsvir olunduğu su nişanı, görmə məhdudiyyətli şəxslər üçün əsginasın dəyərini və həqiqiliyini tanımağa imkan verən qabardılmış xətt elementləri, əsginasın əks tərəfinin müasir trendlərə uyğun olaraq şaquli dizaynı və digər elementlərdən istifadə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir