İqtisadiyyat

“AIM Congress”də ölkəmizi təmsil edəcək startap məlum oldu – FOTO

Sharing is caring!




“AIM Congress”in milli turunun qalibi 60 min dollara yaxın investisiya üçün dünyanın 100-dən çox ölkəsinin startapları ilə mübarizə aparacaq.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, yeddi-doqquz may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək ənənəvi İllik İnvestisiya Toplantısında (AIM Congress) ölkəmizi təmsil edəcək startap seçildi.

67 startap layihə arasından seçilən “Recepta” “AIM Congress”in milli turunun (The National Pitch Competition) qalibi kimi ölkəmizi Əbu-Dabidə təmsil edəcək. Komandanın kassa çeklərinin rəqəmsallaşması platforması layihəsi dünyanın 100-dən çox ölkəsindən olan startaplarla birgə investisiya qazanmaq üçün mübarizə aparacaq. Müxtəlif ölkələrdə keçirilmiş milli turun qalib startapları “AIM Congress” çərçivəsində beynəlxalq investorlardan 60 min dollara qədər investisiya qazanmaq üçün yarışacaqlar. “AIM Congress”də iştirak etmək həmçinin startaplara təcrübə mübadiləsi və əlaqələrini genişləndirmək imkanı verəcək.

Qeyd edək ki, “AIM Congress”in Azərbaycan üzrə milli turuna “Pre-seed” və ya “Seed” mərhələsində olan 67 startap müraciət edib. Onların arasından seçilmiş “Remart”, “Sampler.az”, “BYQR”, “Kofeal”, “MovementAZ”, “MenzilPark”, “MiLoy”, “Recepta”, “Eathanos”, “Simic.App”, “Rawuser” və “Metatesk” aprelin 9-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABB İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə formalaşdırılmış münsiflər heyəti qarşısında layihələrini təqdim ediblər.

Milli turun qalibinin “AIM Congress”də iştirak üçün aviabilet (gediş-dönüş), qonaqlama xərcləri qarşılanacaq və startapını təqdim etməsi üçün tədbir müddətində stend ayrılacaqdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir