İqtisadiyyat

Deputatdan Bakı-Quba-Rusiya avtomobil yolunun ödənişli hissəsi ilə bağlı TƏKLİF

Sharing is caring!

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun ödənişli hissəsinin hər iki tərəfində dayanacaq yerlərinin tikilməsini təklif edilib.

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov çıxış edib

“Çox yüksək standartlara uyğun ödənişli yol tikilib istifadəyə verilib. Ödəniş haqqı ilə bağlı müxtəlif fikirlər olsa da, yolun rahatlığından hamı razıdır. Lakin yolun kənarında yol boyu dayanıb istirahət etməyə və ya yaranmış bir nasazlığı aradan qaldırılması üçün avtomobili saxlamaq yerləri tikilməyib. Yol sürətli olduğundan kənarında avtomobil saxlayıb gözləmək çox təhlükəlidir”, – A. Badamov deyib.

Bu səbəbdən də deputat ödənişli yolun hər iki tərəfində dayanacaq yerlərinin tikilməsini təklif edib.

Qeyd edək ki, “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir