Dünya

Baş nazirdən qalmaqallı açıqlama: “Ukraynanın bir hissəsi qədim Macarıstan torpağıdır”

Sharing is caring!


“Transkarpat macarları immiqrasiya etməyiblər, Ukraynanın bir hissəsi onların torpağıdır, həmişə orada yaşayıblar”.

Bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.

Nazir Ukraynanın bir hissəsinin Macarıstana aid olması ilə bağlı qalmaqallı açıqlama verib.

“Ukraynalıların itkiləri həm də bizim itkilərimizdir. Şəxsi maraqlarımız bizə deyir ki, qonşumuz qismində uğurlu bir Ukraynaya sahib olaq. Ukraynada da macarlar yaşayırlar, ölkənin bir hissəsi indi Ukraynaya məxsus olan qədim Macarıstan torpağıdır. Transkarpat macarları immiqrasiya etməyiblər, orada birdən peyda olmayıblar. Onlar həmişə orada yaşayıblar, bura onların ölkəsidir, bura onların torpağıdır. Onlar da müharibədə həlak olurlar. Biz macarlar Ukraynaya sülh gətirmək üçün ən azı ikiqat həvəsliyik və həmişə sülh işinə töhfəmizi vermək üçün imkan axtarırıq”, – deyə o “Radio Kossuth”un efirində müsahibə zamanı qeyd edib.

Maraqlıdır ki, müsahibənin bu hissəsi “YouTube”a yüklənən yekun materialdan kəsilib.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir