İqtisadiyyat

Ağdamda ortopedik matras və yumşaq mebellərin istehsalı yaradılır – FOTO

Sharing is caring!

Ağdam Sənaye Parkında investisiya dəyəri 2,3 milyon manat olan ortopedik matras və yumşaq mebellərin istehsalı müəssisəsi yaradılacaq.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bununla bağlı “Komfy” MMC-yə sənaye parkının rezidenti statusu verilib:

“Müəssisədə 18 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla da Ağdam Sənaye Parkının rezidentlərinin sayı 21-ə çatıb”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir