İqtisadiyyat

Bolqarıstan öz bölgələrinin qazlaşdırılmasında Azərbaycanın iştirakına ümid edir

Sharing is caring!


Bolqarıstan öz bölgələrinin qazlaşdırılmasında Azərbaycanın iştirakına ümid edir.

Bu barədə Bolqarıstanın Energetika Nazirliyindəki mənbədən Trend-ə bildiriblər.

“25 aprel 2023-cü ildə Bolqarıstanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kommersiya nümayəndəliyi açılıb və bundan sonra şirkət ölkədə öz fəaliyyətini aktivləşdirib. SOCAR-ın Avropada Almaniya və Bolqarıstanda olmaqla iki nümayəndəliyi var.

Eyni zamanda, Bolqarıstandakı nümayəndəlik Balkan yarımadasında səkkiz ölkəni əhatə edən regional ofisə çevrilib. Bu, Bolqarıstan və Azərbaycan arasında strateji enerji və siyasi tərəfdaşlığın, etimadın yüksək səviyyəsinin göstəricisidir.

Ümid edirik ki, Azərbaycan Bolqarıstan bölgələrinin qazlaşdırılması, neft məhsullarının tədarükü, elektroavtomobillərin şarj olunması üçün infrastrukturların yaradılması kimi gələcək investisiya imkanlarını da nəzərdən keçirəcək”, – deyə mənbə bildirib.

Agentliyin müsahibi qeyd edib ki, Bolqarıstan enerji effektivliyinin artırılması və bərpa olunan enerji mənbələrinin tətbiqi üçün şəraitin yaradılmasına ümid edir.

“Hesab edirik ki, Azərbaycanla əməkdaşlığımız bu sahədə də genişləndirilməlidir. “Orta Yaşıl Dəhliz” təşəbbüsünün gələcək inkişafı Cənub-Şərqi Avropa regionu, o cümlədən, Bolqarıstanı Xəzər regionundakı “təmiz” enerjiyə çıxış imkanı ilə təmin edəcək”, – deyə mənbə əlavə edib.

Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. TAP dəhlizinin ilkin buraxılış gücü 10 milyard kubmetr qaz təşkil edir. 2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin 2027-ci ilədək 20 milyard kubmetrədək artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir