İqtisadiyyat

Səfir: “Latviya Azərbaycanla “yaşıl enerji” sahəsində texnologiyalarını paylaşa bilər”

Sharing is caring!


“Azərbaycan və Latviya arasında əməkdaşlığın perspektivli sahələrindən biri “yaşıl enerji”dir”.

Bunu “Report”a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.

Onun sözlərinə görə, “yaşıl enerji” ikitərəfli əsasda müzakirə olunan məsələlərdən biridir:

“Düşünürəm ki, biz bu sahədə texnologiyaları paylaşa bilərik”.

Səfir vurğulayıb ki, Latviyanın “yaşıl enerji”nin istehsalına dair öz yanaşması var:

“Azərbaycanda onun istehsalı üçün çox yaxşı və əlverişli mühit mövcuddur. Düşünürəm ki, əsas məsələ təcrübə və texnologiya mübadiləsidir, çünki hələ “yaşıl enerji” idxalından bir qədər uzağıq. Lakin bu, gələcəkdə baş verə bilər. Amma hazırda indiki mərhələdə iki ölkə arasında təcrübə və texnologiya mübadiləsini təmin etmək vacibdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir