İqtisadiyyat

Azərbaycandan Rusiyaya yumurta tədarükü davam edir

Sharing is caring!


Son bir həftədə Rusiyaya Azərbaycandan 2,1 milyon, Türkiyədən isə 316,8 min ədəd yumurta tədarük edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilir ki, məhsullar Rusiyada satış üçün nəzərdə tutulub.

Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiya Federasiyasına ərzaq yumurtası ixracına başlayıb.

Ümumilikdə, 2024-cü ilin əvvəlindən Rusiyaya iki ölkədən 22,3 milyon ədəd qida yumurtası idxal edilib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir