Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları”nı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, sığortaçının sistem əhəmiyyətli olub-olmaması həyat və qeyri-həyat sığortası üzrə ayrıca müəyyən ediləcək. Müstəsna olaraq təkrarsığortaçının sistem əhəmiyyətliliyi qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçılarla birlikdə qiymətləndiriləcək. Müştərək sığortaçılar isə sistem əhəmiyyətliliyin müəyyən edilməsində iştirak etməyəcəklər.
Bundan başqa, sığortaçının sistem əhəmiyyətliliyi aşağıdakı cədvəldəki göstəricilər vasitəsilə qiymətləndiriləcək:
![](https://xeberal.az/wp-content/uploads/2024/02/azc999rbaycanda-sigortacilarin-sistem-ucun-c999hc999miyyc999tinin-muc999yyc999nlc999sdirilmc999si-meyarlari-tc999sdiqlc999nib-cedvel.jpg)
AMB-nin Hüquq Departamentinə bu Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Xeberal.az