Dünya

İran uzaqmənzilli ballistik raketi uğurla sınaqdan keçirib

Sharing is caring!


İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri təlim zamanı uzaqmənzilli ballistik raketi uğurla sınaqdan keçiriblər.

Bu barədə elit bölmələrin komandanı, general-leytenant Hüseyn Səlami məlumat verib.

“SEPAH-ın Hərbi Dəniz Qüvvələri bir sıra yeni nailiyyətlər əldə edib. Bunlardan biri də İranın Aerokosmik Qüvvələri ilə birlikdə hərbi gəmidən uzaqmənzilli ballistik raketin uğurla buraxılmasıdır ki, bu da bizim dəniz qüvvələrimizin imkanlarını istənilən nöqtəyə çatdırıb”, – deyə o bildirib.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir