Dünya

Messidən “Barselona”ya ultimatum

Sharing is caring!

Argentinalı ulduz futbolçu Lionel Messinin “Barselona”ya mümkün qayıdışı ilə bağlı şayiələr getdikcə reallaşır.

İspaniyalı idman jurnalisti Mark Marba iddia edir ki, Messi Kataloniya klubunun prezidenti Xuan Laportanın qarşısına şərt qoyub.

Belə ki, Messi yalnız Jerar Pikenin klubu tərk edəcəyi təqdirdə doğma klubuna qayıtmağa razılıq verib.

Qeyd olunur ki, “Barselona”nı tərk edəndən sonra Messinin Pike ilə münasibətləri pozulub. Buna səbəb Pikenin Xoan Laporta ilə şəxsi söhbətində argentinalının getməsinə təkan verməsi olub.

Xatırladaq ki, Lionel Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq və iddia olunur ki, Argentina millisinin futbolçusu Paris klubu ilə müqaviləsini yeniləmək istəmir.

Mənbə: Sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir