İqtisadiyyat

Qarabağ iqtisadi rayonunda dekabrda qiymətlər artıb

Sharing is caring!


2023-cü ilin dekabr ayında Azərbaycanın iqtisadi rayonları arasında noyabr ayına nisbətən ən yüksək istehlak qiymətləri indeksi Gəncə-Daşkəsən və Dağlıq Şirvan iqtisadi rayonlarında qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, Gəncə-Daşkəsəndə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,1%, qeyri-ərzaq məhsulları üzrə 100,3%, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,1% olub. Dağlıq Şirvanda isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,1%, qeyri-ərzaq məhsulları üzrə 100,3%, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,1% təşkil edib.

Dekabrda Bakıda istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101%, qeyri-ərzaq məhsulları üzrə 99,7%, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,1%, Qarabağ iqtisadi rayonunda isə ümumi mal və xidmətlər üzrə 100,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,1%, qeyri-ərzaq məhsulları üzrə 100,1%, əhaliyə göstərilmiş xidmətlər üzrə 100% olub.

Hesabat dövründə istehlak qiymətləri indeksi Naxçıvan Muxtar Respublikasında 100,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,1%, qeyri-ərzaq məhsulları üzrə 100,9%, əhaliyə göstərilmiş xidmətlər üzrə 100%, Abşeron-Xızır iqtisadi rayonunda 100,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,1%, qeyri-ərzaq məhsulları üzrə 100,1%, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,2%, 100,2%, Qazax-Tovuz iqtisadi rayonunda 100,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,9%, qeyri-ərzaq məhsulları üzrə 100,1%, əhaliyə göstərilmiş xidmətlər üzrə 100%, Quba-Xaçmaz iqtisadi rayonunda 100,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,9%, qeyri-ərzaq məhsulları üzrə 100%, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,1%, Lənkəran-Astara iqtisadi rayonunda 100,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101%, qeyri-ərzaq məhsulları üzrə 99,9%, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,2%, Mərkəzi Aran iqtisadi rayonunda 100,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,8%, qeyri-ərzaq məhsulları üzrə 100%, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,4%, Mil-Muğan iqtisadi rayonunda 100,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,9%, qeyri-ərzaq məhsulları üzrə 100,3%, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,1%, Şəki-Zaqatala iqtisadi rayonunda 100,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,6%, qeyri-ərzaq məhsulları üzrə 100%, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,2%, Şirvan-Salyan iqtisadi rayonunda 100,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,2%, qeyri-ərzaq məhsulları üzrə 100%, əhaliyə göstərilmiş xidmətlər üzrə 100% təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir