İqtisadiyyat

Azərbaycanda dövriyyədəki nağd pulun həcmi 52 faiz artıb

Sharing is caring!

2020-ci ilin 9 ayında pul təklifinin dinamikası aylar üzrə dəyişkən olub.

Mərkəzi Bankın verdiyi məlumata görə, əsasən dövlət büdcəsində profisitin əmələ gəlməsilə bağlı I rübün son ayında əhəmiyyətli azalan pul təklifi, II rübdən başlayaraq tədricən bərpa olunub və mülayim artım meyili III rübün bütün ayları üzrə davam edib.

Doqquz ay ərzində manatla pul bazası 0,6 faiz artıb və dövrün sonuna 12,2 milyard manat təşkil edib.

Hesabat dövründə manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 52 faiz artıb, manatla müxbir hesabların qalığı isə 7,2 faiz azalıb.

Manatla geniş pul kütləsi hesabat dövründə 1 faiz artaraq 9 ayın sonuna 18,4 milyard manat təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir