İqtisadiyyat

Azərbaycanda dənizçilik sahəsində xidmətlərə görə yeni rüsumlar qüvvəyə mindi

Sharing is caring!


“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 9.1-2-ci maddə əlavə edilsin:

“9.1-2. Mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ümumi məhkəməyə iddia ərizəsi ilə müraciət edən fiziki şəxslər bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinin 10 faizini ödəməkdən azad olunurlar”.

Bundan başqa, dövlət başçısı imzaladığı ikinci qanunla sənədə dəyişiklik edib. 

Yenilənmiş qanuna əsasən, yeni maddələrə əsasən, gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsinə, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsinə görə 65 manat rüsum ödəniləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir